Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankları üçün bədbin proqnoz

30.06.2015 - 11:47

bank1-300x203“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin reytinqini “stabil”dən “neqativ”ə dəyişib. Bu barədə agentliyin yaydığı press-relizdə bildirilir. Azərbaycanın bank sisteminin “Moody`s” tərəfindən hazırlanan icmalına əsasən proqnozun mənfiyə doğru dəyişməsi dünya bazarlarında neftin qiymətinin aşağı olması və milli valyutaya təzyiqlərdir.

Belə ki, manatın devalvasiyası nəticəsində Azərbaycan banklarının aktivlərinin keyfiyyəti azalıb, onların gəlirlilyi və fondlaşması aşağı düşüb.

Agentliyin proqnozu Azərbaycan banklarının yaxın 12-18 aylıq vəziyyətini əks etdirir. “Moody`s” gözləyir ki, bu ilin sonuna doğru Azərbaycan banklarının bütün problemli kreditlərinin həcmi ümumi kredit portfelinin həcminin 15 faizini təşkil edəcək. 2014-cü ilin yekunlarına əsasən problemli kreditlərin həcmi 11,4 faiz idi.

Bundan əlavə manatın devalvasiyasından sonra xarici valyuta ilə olan aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində ölkə banklarının kapitalının adekvatlığı 2 faiz dərəcəsi aşağı düşə bilər.

Bu il martın 31-nə olan məlumata əsasən Mərkəzi Bank bankların kapitalının adekvatlığını 17,3 faiz qiymətləndirib. Minimal tələb 12 faizdir.

Agentliyin ekspertlərinin proqnozlarına əsasən bu il Azərbaycanda ÜDM artımı 1 faiz təşkil edəcək, gələn il isə iqtisadi artımın 1,7 faiz olacağı proqnozlaşdırılır. (virtualaz.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27591

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728