Azərbaycandan İrana 20 milyardlıq sərmayə planı

24.07.2015 - 01:14

iranazer“İşlər uğurlu gedərsə, sərmayənin həcmi iki dəfəyə qədər artırıla bilər”

Qərbin İrana tətbiq etdiyi sanksiyaların aradan qalxması ilə əlaqədar olaraq, Azərbaycanın iri oliqarxları qonşu ölkəyə fantastik rəqəmlərdə sərmayələr yatırmaq qərarına gəliblər.

Hakimiyyətə yaxın iş adamlarından birinin News24.az-a dediyinə görə, yaxın aylarda İrana sərmayə yatırımları ilə bağlı strategiya tam müəyyənləşəcək, hətta bəzi oliqarxlar xaricdəki banklarda gizlətdiyi vəsaitləri İrana yönəldəcək.

Mənbənin dediyinə görə, hazırda İranın bazarı araşdırılır, biznes-plan hazırlanır: “Bu ilin sonundan, ya da yeni ildən etibarən, İrana 20 milyard ABŞ dolları həcmində sərmayə yönəldiləcək. Əgər bir-iki il müddətində yatırımlarımız və İranın müəyyən dairələri ilə dialoqumuz uğurlu alınarsa, sərmayənin həcmi iki dəfəyə qədər artırıla bilər”.

Qeyd olunur ki, əsas hədəflər emal sənayesi, maşınqayırma, neft sektoruna yaxın sahələr olacaq. Hal hazırda Azərbaycan tərəfi iri oliqarxlara bağlı şirkətlər vasitəsi ilə İran bazarını araşdırırlar. İndiyə qədər “Jalə” şirələri, bir neçə tekstil firması artıq qonşu olkədə faliyyət göstərir.

Əlavə edək ki, yaxında SOCAR prezidenti Rövnəq Abdullayev də iranlı həmkarı Zəncani ilə mümkün sərmayələr, qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparıldığını açıqlamışdı. SOCAR rəhbəri mətbuata müsahibəsində qeyd edib ki, Azərbaycanın İrana böyük miqdarda sərmayə yatırmaq fikri var və bu istiqamətdə ciddi perspektivlər mövcuddur.

Azərbaycanın bir sıra iri oliqarxlarının və iş adamlarının öz maliyyə vəsaitlərinin böyük qismini xarici banklarda saxladıqları çoxuna məlumdur. Belə ki, İranda sərmayə imkanları rahatlaşdığı halda, “çirkli” və “gizli” pulların da leqal kapital halına çevrilməsi üçün yeni perspektivlər yaranacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031