“Yeni Həyat” şirkəti bağlandı

06.08.2015 - 02:07

“Yeni Həyat” şirkətinin fəaliyyətini dayandırması Beynəlxalq Bank və Texnika Bank ətrafında gedən proseslərlə bağlıdır

rrAzərbaycanda 14 il fəaliyyət göstərən “Yeni Həyat” MMC ləğv olunub. Vergilər Nazirliyi xəbər verir ki, şirkət bağlanmasını rəsmən bəyan edib. Qurum bağlanması ilə əlaqədar kreditorların iki ay ərzində tələblərini irəli sürməsini elan edib. Kreditorlar bunun üçün Bakı şəhəri, Nobel prospekti,15 (“Azure” yaşayış-əyləncə kompleksinin binası) ünvanına yaxınlaşa bilər.
Xatırladaq ki, “Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb. (APA)

“Azadlıq” olaraq qeyd edək ki, “Yeni Həyat” şirkəti Beynəlxalq Bank və Texnika Bankın kreditləri hesabına layihələr həyata keçirib. Onun bağlanması da məhz bu banklar ətrafında baş verən proseslərlə bağlıdır. Şirkətin gerçəkləşdirdiyi layihələr arasında AZURE Kompleksini göstərmək olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29330

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031