Yunanıstana Azərbaycanın dövlət büdcəsindən 4 dəfə çox kredit veriləcək

21.08.2015 - 11:32

ciprasBu ilin əvvəlində defolt olduğunu açıqlayan Yunanıstanın iqtisadiyyatını dirçəltmək üçün bütün Qərb dünyası qollarını çırmalayıb. Strateq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Birliyi Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun birgə hazırladığı layihə çərçivəsində Yunanıstana 86 milyard evro vəsait ayrılacaq. Bu vəsaitin 4/1-dən çoxu -23 milyard evroluq vəsait artıq Yunanıstanın hesabına köçürülüb.

Yunanıstan bunun yalnız 3 milyardını istədiyi kimi xərcləyəcək. Digər qismini isə kreditorlarla razılaşdırılmış sahələrə yönəldəcək. Razılaşmaya əsasən vəsaitin 10 milyardlıq hissəsi bank sisteminin yenidən canlanmasına sərf olunacaq. 3.2 milyard evro əvvəlki borcların krediti kimi Avropa Birliyinin Mərkəzi Bankına geri dönəcək. 7.16 milyard evro isə təcili ehtiyacları qarşılamaq üçün Avropa Maliyyə Stabilliyi Mexanizmi tərəfindən verilmiş kredit borcunun ödənişinə gedəcək.

Rəsmi Atina bu krediti alarkən bəzi öhdəlikləri yerinə yetirəcəyinə boyun olub. Ən önəmli öhdəlik ölkədə özəlləşdirmə siyasəti aparmaqdır. Atinanın bu istiqamətdə artıq müəyyən addımlar atdığı xəbər verilir. Məlumata əsasən, ölkənin 14 regional aeroportu 40 illiyinə Almaniyanın “Fraport” şirkətinin istifadəsinə verilib. Bu addımla Yunanıstan özəlləşdirmə kassasına indidən 1.2 milyard pul yatırdıb. Razılaşmaya görə, Atina hələ 50 milyard evroluq özəlləşdirmə proqramı da yerinə yetirməli, 28 milyardlıq isə “kəmər sıxmalıdır”. Yəni ənənəvi xərclərini azaltmalı, məmur ixtisarlarına getməli, nəzərdə tutulan bəzi layihələri təxirə salmalıdır.

Ölkənin vəziyyəti nə qədər ağır olsa da, ona ilk mərhələdə verilən kredit belə Azərbaycanın dövlət büdcəsindən artıqdır. Təxminən, bizimlə eyni sayda əhaliyə malik Yunanıstanın beynəlxalq maliyyə fondlara 400 milyarda yaxın borcu var.

Short URL: http://www.cumhuriyyet.net/?p=29941

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728