Manat bahalaşır

21.08.2015 - 11:37

manatRubul və türk lirəsi 21 fevral devalvasiyadan sonra Azərbaycan manatına nisbətdə rekord səviyyədə ucuzlaşıb

“Marja” xəbər verir ki, bu gün  Mərkəzi Bankdan verilən məlumata görə 1 rubul 0,0154 manata (1000 rubl = 15,4 manat) bərabərdir. Son günlər 1 rubul 0, 0170-0.0160 manat intervalında hərəkət edirdi.

Qeyd edək ki, bu il  fevral ayının əvvəlində 1 rubl 0.0113 manata qədər düşmüşdü. 21 fevralda  manatın devalvasiya günü 1 rubl 0.0170 manata qaldırılmışdı.

Mart ayından başlayaraq rubul manat qarşısında güclənməyə başlamış, 19 Mayda 0.0213 manata qədər yüksəlmişdi (1000 rubl = 21,3 manat). İyul ayından başlayaraq isə, yenidən rubul ciddi ucuzlaşmağa başlamışdır.

Son 3 ayda rubl manata nisbətdə 27,7% ucuzlaşıb. Bu, 1000 rublda 5,9 manat ucuzlaşmaya bərabər gəlir.

Manat türk lirəsi qarşısında da güclənir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, bu gün  1 türk lirəsi 0,3570 manatadır. Bu il 21 fevralda devalvasiya gün 1 türk lirəsi 0.4281 manata bərabər edilmişdi. Həmin vaxtdan bu yana manat türk lirəsi qarşısında 16,6% bahalaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29947

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930