Abid Şərifovun şirkətində müdhiş fırıldaq: həbslər var…

22.08.2015 - 12:03

180 azərbaycanlı fəhləni qanunsuz yolla Qazaxıstana kim aparıb? ; “EVRASCON” ASC-nin fəhlələrinə Qazaxıstan ərazisində işləmələri üçün icazə vərəqəsinin alınması üçün ayrılan pul mənimsənilib; Almatı Vilayət Məhkəməsi azərbaycanlıları həbs etməyə başlayıb

rrQazaxıstanın Almatı Vilayət Məhkəməsi azərbaycanlı fəhlələrin həbsinə başlayıb. Fəhlələri Almatıya bu il mayın əvvəllərində işçilərin maaşını vermədiyinə görə adı mətbuatın gündəminə gələn “EVRASCON” ASC aparıb. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi bəlli olur ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görüləcək işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstana yollayıb.

4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar. Ayda 2 dəfə olmaqla qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir neçə gün əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb.

Aldığımız məlumata görə, hər gün 10 nəfər olmaqla azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alırlar. Məsələ bu şəkil alandan sonra aydın olub ki, azərbaycanlı fəhlələrin bu dövlətin ərazisində işləmələri üçün icazə vərəqəsinin alınmasına pul ayrılsa da, mənimsənilib. “EVRASCON” ASC-nin daxilində baş vermiş mənimsəmə azərbaycanlı fəhlələrə baha başa gəlib – onlar vaxtaşırı saxlanılırlar. Üstəlik növbəti həbsləri zamanı daha bir neçə sutkalıq həbs artıq türmə həyatı ilə əvəz oluna bilər.

Hazırda Qazaxıstanda olan “EVRASCON” ASC-nin işçilərdən biri adının çəkilməməsi şərti ilə baş verənlərlə bağlı “Yeni Müsavat” a danışmağa razılaşıb. Deyib ki, etiraz edən fəhlələr şirkətin Almatı filialının rəhbəri Ramiz Tağıyevin sərt təpkisi ilə üzləşir. İşçilər işdən çıxarılmaqla, yol xərci öz hesablarına olmaq şərti ilə Azərbaycana göndərilmək və digər bu kimi sözlərlə hədələnirlər. Belə bir durumla üzləşən azərbaycanlı fəhlələr çıxılmaz durumda qalaraq Qazaxıstan təcridxanasında sutkalıq cəza çəkməyə məcbur olurlar.

Bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir. Sadəcə adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100″ kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728