Bakıda evlərin qiyməti bir az da düşdü – VİDEO

24.08.2015 - 11:13
evSon günlər mənzil bazarında durğunluğun hökm sürməsi qiymətlərə ciddi təsir edib. Bunu nəzərə alan tikinti şirkətləri evlərin qiymətində müəyyən qədər endirimlər edib.
Mənzil bazarında durğunluq səbəbilə ucuzlaşma davam edir. Xüsusilə də yeni tikililər ucuzlaşır. Təmirsiz yeni evlərin qiyməti kvadratmetr üzrə 7 faiz düşərək 1087 manatda qərarlaşıb.
Xəzər TV-nin məlumatına görə, ucuzlaşma ən çox Nəsimi, Xətai və Yasamal rayonlarında müşahidə olunur. Burada evlərin 1 kvadrat metrinin qiyməti 700-800 manata təklif olunur.
Ən ucuz evlər şəhər kənarında 4-cü zona kimi tanınan yerlərdə təklif olunur. Ən bahalı evlər isə şəhər mərkəzində olan 1 və 2-ci zona kimi tanınan ərazilərdədir. Ümumilikdə, ilkin mənzil bazarından fərqli olaraq təkrar mənzil bazarında daha ucuz evlərə sahib olmaq mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=30165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728