“Bank Technique”nin baş direktoru işdən çıxdı

24.08.2015 - 11:54

kamran“Bank Technique” ASC-dən kadr axını davam edir.

APA-nın məlumatına görə, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb.

Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.

2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

Əlavə edək ki, K. Axundov Azərbaycanın ən savadlı bankirlərindən biri hesab olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=30188

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728