İsrail Azərbaycan neftindən imtina edib, 3 ayda 1 milyard dollarlıq kürd nefti alıb

24.08.2015 - 12:32

tankerBu ilin mayından avqustun 11-nə qədər İsrail İraq kürdlərindən 19 milyon barreldən çox neft alır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Financial Times” qəzeti yazıb. İsrailin İraq kürdlərindən aldığı neftin dünya bazarı qiymətləri ilə dəyəri 1 milyard dollar yaxındır.

Beləliklə, İsrail son üç ay yarımda neftə olan tələbatının dörddə üçünü məhz İraq neftinin hesabına ödəyib.

Kürdlər neft satışından əldə etdikləri gəlirləri “İslam Dövləti”inə qarşı mübarizəyə və PKK-nın qolu olan YPG-nin maliyyələşdirilməsinə sərf edir.

Kürd neftini təkcə İsrail almır. İtaliya, Fransa, Yunanıstan, Türkiyə və Kipr də kürdlərdən neft alır. Ticarət əməliyyatlarını “Vitol”, “Trafigura” və “Petraco” kimi iri treyder şirkətləri həyata keçirirlər.

Bu ilin yazından etibarən İraqın Kərkük əyalətində hasil olunan neftin üçdə biri Türkiyənin Ceyhan limanına daşınıb, oradan isə tankerlərlə İsrailə yola salınıb. Bu məlumat dəniz neft tankerlərinin trafikinin analizi, ticarət şirkətlərindəki mənbələr və peyk məlumatları əsasında ortaya çıxıb.

Analitiklər hesab edir ki, İsrail kürd neftini qiymətin aşağı olması səbəbindən alır. İraq kürdləri neftə alıcı tapmaq üçün onu bazar qiymətlərindən xeyli aşağı təklif edirlər.

Lakin İraqın şimalındakı kürd administrasiyası bunu təkzib edir. Kürd administrasiyasındakı mənbə deyib ki, şirkətlərin nefti kimə satması onları maraqlandırmır.

İsrail rəhbərliyində isə məlumatı şərh etməyiblər. Məlumdur ki, İsrail bundan əvvəl nefti əsasən Azərbaycan, Qazaxıstan və Rusiyadan alırdı.

Belə çıxır ki, İsrail indi Azərbaycan neftindən imtina edib və qeyri-leqal yolla bazara çıxarılan kürd neftinə üstünlük verir.

Bundan əvvəl də İsrailin İraq kürdlərindən neft aldığı haqda məlumatlar yayılıb. Bir neçə ay əvvəl kürd nefti ilə dolu tankerin ABŞ limanlarına yan almasına icazə verilməməsindən sonra tanker geri qayıdaraq nefti İsrail limanında boşaltmışdı.

İraqdan neft ixrac edən təkcə kürdlər deyil. İŞİD də nəzarətində olan ərazilərdə neft hasil edərək bazar qiymətlərindən xeyli aşağı bazara çıxarır. Həmçinin bundan əvvəl xəbərlər yayılıb ki, İsrail İŞİD neftini də alır.

Hətta İŞİD-in bazara çıxardığı neftin azərbaycanlı oliqarx Mübariz Mənsimovun tankerləri ilə İsrailə daşındığı haqda məlumatlar var idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30209

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930