Pulu hansı banka qoymaq təhlükəsizdir? – Rəy

25.08.2015 - 10:02

ekrem“Hər şeyə rəğmən, bu gün ölkədə ən təhlükəsiz banklar dövlət banklarıdır. Əmanətlərinizi Beynəlxalq Bank və AzərTürkBank-a etibar edin, çünki dövlət götürdüyü əmanətlərinə görə cavabdehdir”.

Axar.az xəbər verir ki, bu sözlərlə bank üzrə ekspert Əkrəm Həsənov çıxış edib. Əmanətləri hansı bankda saxlamağın daha məqsədəuyğun olmasından danışan ekspertin fikrincə, digər banklara etibar etmək təhlükəlidir:

“Bu, son aylarda mənə ən çox verilən suallardan biridir. Lakin Mərkəzi Bankdan tutmuş kommersiya banklarınadək bank sisteminin əsas problemi kadr problemidir. Bir qayda olaraq vətəndaşlar bilməlidir ki, müflis banklar əmanətlərini qaytarmaqdan yayınır. Banklar bir-bir çökdükcə yayınma halları artacaq. Vətəndaş onu da bilməlidir ki, əmanətləri kredit kimi başqalarına verilir. Həmin kreditlərin də çoxu indi problemlidir, yəni qaytarılmır. Bank krediti geri ala bilmirsə, əmanətinizi necə qaytara bilər? Hər şeyə rəğmən, ən təhlükəsiz banklar yenə də dövlət banklarıdır – Beynəlxalq Bank və AzərTürkBank. Çünki dövlət onların götürdüyü əmanətlərinə görə cavabdehdir”.

Ekspertin fikrincə isə, bu gün ölkədə ən təhlükəli banklar Rusiya banklarıdır:

“VTB və Nikoyl bank əmanətləriniz üçün ən təhlükəli bankdır. Çünki Rusiyada vəziyyət daha ağırdır. Üstəlik, pul qıtlığı var. İstənilən anda pulunuz Rusiyaya gedə və qayıtmaya bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30266

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930