Azərbaycanda devalvasiya qaçılmazdır

26.08.2015 - 11:12

namuroMərkəzi ofisi Yaponiyanın paytaxtı Tokioda yerləşən iri maliyyə holdinqi Nomura Holdings Azərbaycanın devalvasiyaya gedib-getməyəcəyi barədə proqnoz verib.

“Marja” xəbər verir ki, Nomura Holdings keçmiş Sovet İttifaqı ölkələrinin pullarının qiymətini aşağı salacaq növbəti ölkələr olacağını bəyan edib.

Nomura Holdings-in inkişaf etməkdə olan bazarlar üzrə strateqi Timoti Ash, keçmiş Sovet İttifaqı ölkələrindən, xüsusilə, Ermənistan, Azərbaycan və Gürcüstanın təzyiqlərə dözə bilməyəcək ölkələr arasında olduğunu deyib. Ash, bu ölkələrin 100 milyard dollar valyuta ehtiyatı olan Qazaxıstandan daha az “cəbhəxanası” olduğuna diqqət çəkir.

Çin Mərkəzi Bankının (PBOC) yuanın devalvasiya etməsinin ardınca ölkələr, rəqabət üstünlüyü əldə etmək üçün “məzənnə müharibələrinə” başalyıblar. Çinin devalvasiyaya getməsinin ölkənin ixracat üstünlüyü təmin edəcəyini nəzərə alaraq, Qazaxıstan və Vyetnam valyutalarını devalvasiya edərək hərəkətə keçib. Ekspertlərə görə, valyutasının dəyərini aşağı salacaq ölkələr arasında keçmiş Sovet İttifaqı və Körfəz ölkələri çoxluq təşkil edir.

Devalvasiya avadanlıq və texnologiya idxalını bahalaşdıraraq xərc inflyasiyası yaradır. Buna görə də qiymətlərdə artım baş verə bilər. Devalvasiyaya gedən ölkələrdə valyuta ilə ödənəcək xarici borcların yükü də artır.

Qeyd edək ki, nüfuzlu Bloomberg xəbər agentliyi, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Misir, Səudiyyə Ərəbistanı, Nigeriya, Qana və Malayziyanın devalvasiyaya gedəcəyini proqnozlaşdırır. Agentliyin siyahısında Azərbaycanın adı yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728