Bakıda bir bank ləğv edilir – İflas

26.08.2015 - 14:06

evrobankLisenziyası əlindən alınan bankın ləğvinə başlanılıb. Fins.az xəbər verir ki, Evrobank ASC-nin fəaliyyəti dayandırılır. Bu barədə məlumat Mərkəzi Bankın (MB) rəsmi mətbuatdakı elanında əksini tapıb. Elanda bildirilir ki, MB İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə Evrobank ASC-nin bank lisenziyası ləğv olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə Evrobank ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Evrobank ASC-yə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. Ləğvetmə prosesi Evrobank ASC-nin baş ofisində həyata keçirilir. Qeyd edək ki, “Banklar haqqında” qanununun 72.1-ci maddəsinə müvafiq olaraq, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30518

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930