Qızıl niyə ucuzlaşır? – Araşdırma
Dekabr ayı üçün fyuçers müqavilələrində dünən qızılın 1 unsiyasının 12.9 dollar ucuzlaşmasının qeydə alınması ABŞ Federal Ehtiyatlar Sisteminin yaxın aylarda faiz dərəcələrini artıra biləcəyi ehtimalını gücləndirib
Dünən Nyu-Yorkun Comex birjasında Moskva vaxtı ilə saat 20.49-a olan məlumata görə qızılın 1 unsiyası 1.13% ucuzlaşıb və 1125.4 dollar olub. Dekabr üçün fyuçers müqavilələrində gümüşün qiyməti 3.86% (14.09 dollar) aşağı düşüb.
Ekspertlər bunu ABŞ-da iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlı gələn müsbət məlumatlarla izah edirlər. ABŞ-in Əhalinin Siyahıyaalınması Bürosu iyul ayında uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallara sifarişlərin həcminin 2 faiz (4.6 milyard dollar) artması barədə xəbər yayıb. Analitiklər isə bu göstəricinin 0.4% artacağını ehtimal edirdilər. Beləliklə ABŞ-da uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallara sifarişlərin həcmi 241.1 milyard dollar təşkil edib.
ABŞ Federal Ehtiyatlar Sisteminin iyul ayında keçirilən iclarının dərc olunan protokollarından məlum olub ki, faiz dərəcələrinin artırılması üçün qurumun iqtisadi vəziyyətin dəqiq diaqnostikası üçün əlavə statistik məlumatlara ehtiyacı var.
Analitiklər qeyd edirlər ki, ABŞ-in Əhalinin Siyahıyaalınması Bürosu iyul ayında uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallara sifarişlərin həcmi ilə bağlı yaydığı məlumat qurum üçün xoş xəbər sayıla bilər. Əgər faiz dərəcəsi illik 0-0.25% intervalında aratcaqsa onda qızılın qiymətinin daha da aşağı düşəcəyini gözləmək olar. Belə ki, bu zaman qızıl və digər qiymətli metallar investisiya aləti kimi öz cazibəsini itirir. Faiz dərəcələri artarsa investorlar ABŞ qiymətli kağızlarına kapital qoymağa üstünlük verəcəklər.
Digər tərəfdən son zamanlar açıqlanan məluatlar göstərir ki, mərkəzi banklar tərəfindən xeyli miqdarda qızıl ehtiyatı toplanıb və dolların bahalaşması gözləntiləri bazara çoxlı qızıl çıxarılması ilə nəticələnə bilər. Bu da qızılın qiymətinə öz mənfi təsirini göstərəcəkdir.
Dünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, bu ilin əvvəlində bütün Avropa İttifaqı ölkələrinin qızıl ehtiyatı 10.784 tonn olub.
Tək Almaniyanın 2015-ci ilin əvvəlinə qızıl ehtiyatı 3384,2 ton olub. Çinin bu ilin uyul ayına qızıl ehtiyatı 1658,1 ton təşkil edib. Rusiyanın qızıl ehtiyatı isə son 20 ildə rekord həddə çatıb və 1,25 min ton olub. İlk yerdə isə 8.134 min tonla ABŞ durur. Son məlumatlara görə Azərbaycanın 30 tondan bir az çox qızıl ehtiyatı var.
Starteq.az
Short URL: http://www.cumhuriyyet.net/?p=30596