Dollar satışı ilə bağlı yeni limit açıqlandı – Rəsmi

27.08.2015 - 13:27

dollar4Ötən gündən etibarən Azərbaycan bankları valyuta dəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb.

Trend-in banklarda apardığı sorğu göstərir ki, bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi artırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) Trend-ə verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: “Bu hər bir bankın daxili qərarıdır”.

Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar tələbatını lazımi həcmdə təmin edir.

Qeyd edək ki, AMB sərəncamında olan valyuta ehtiyatlarının azalmasına rəğmən, manatın məzənnəsini sabit saxlamağa çalışır.

Short URL: http://www.cumhuriyyet.net/?p=30640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930