Yaxın aylarda Bakıya böyük pullar axacaq

04.09.2015 - 02:46

Pul evroYaxın aylarda Bakıya böyük pullar axacaq. Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev bu ilin sonuna və ya gələn ilin əvvəlinə rublun məzənnəsinin qalxacağını proqnozlaşdırır. Cumhuriyyet.az anspress-ə istinadən xəbər verir ki, bu barədə o, bu gün Vladivostokda açılan Şərq İqtisadi Forumun açılışında bildirib.

“Rubl həmişə ilin əvvəlində möhkəmlənir. Son 20 ilə baxılarsa, rubl üçün ən yaxşı dövrün fevralın sonu – mayın ortaları olduğunu görmək olar. Mən düşünürəm ki, gələn il üçün başqa şey gözləməyə dəyməz”, – deyə Moiseyev vurğulayıb. Onun fikrincə, rublun məzənnəsi daha tez də möhkəmlənə bilər.

Son üç ayda Rusiya rublunun dollar qarşılığında məzənnəsi orta hesabla 25% azalıb. 3-24 avqust günlərində dollar rubla nisbətən 16% bahalaşıb. Hazırda Moskva birjasında 1 dollara 66,98 rubl almaq mümkündür.

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov rublun bahalaşmasının Azərbaycanın əmlak bazarına müsbət təsir göstərəcəyini vurğulayıb. “Rublla bağlı baş verən istənilən proses az keçmədən Azərbaycanın əmlak bazarında özünü göstərir. Rubl bahalaşan kimi Rusiyada çalışan azərbaycanlı miqrantlar arasnıda pullarını dollara çevirərək Azərbaycanın əmlak bazarına sərmayə yatırmağa meylli olurlar. Əgər Moiseyevin dedikləri gerçəkləşərsə, Azərbaycanın əmlak bazarında fəallığın artacağını düşünmək olar. Bu isə yeni iş yerləri deməkdir”, – deyə Nüsrət İbrahimov bildirib.

Hazırda 1 manat 63,69 rubla bərabərdir. İyulun əvvəlində isə 1 manat 50 dollara bərabər olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=31194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728