Şəmsəddin Hacıyevin korrupsiya dünyası

04.01.2014 - 01:53

İqtisad Universitetindəki “Tarif Şurası” rüşvət qiymətlərini artırdı

Müəllimlər “rüşvət xəritəsi”ni açdılar və ölkə
rəhbərliyinə müraciət etdilər

 
 

Azərbaycan
Dövlət İqtisad Universitetində (ADİU) rüşvət qiymətlərinin qaldırılması
haqda redaksiyamıza məktub daxil olub. Məktub müəllifləri (adları
məktubda var) iddia edirlər ki, qiymətləri artıran rektor, millət vəkili
Şəmsəddin Hacıyevin “Tarif Şurası”dır.
Məktubda deyilir:
“Azərbaycanda təhsil islahatları sahəsində böyük problemlər və qüsurlar
hələ də qalmaqdadır. Çünki millətin gələcəyi olan təhsil sahəsində
rəhbərlik edən şəxslər yalnız öz mənafelərini və ciblərini düşünürlər.
Şəmsəddin Hacıyev İqtisad Universitetini artıq özününküləşdirib. Kadrlar
əsasən öz qohumları, yerliləri və arvadının qohumlarıdır. Prorektor
Damet Baqirov …. rüşvətin atası kimi tanınır universitetdə.
Universitetin “Tarif Şurası”nın sədri hesab edilir. Kurs imtahanları,
“perevod”lar, ixtisas dəyişmə, “A” qrupları, qiyabi şöbədən onun
vasitəsilə pullar yığılır. Şəmsəddin Hacıyev elə bir mexanizm qurub ki,
pullar, dekanlar və onların müavinləri vasitəsilə yığılır. Sonda isə
hamısı hesabat əsasında rektora çatır. Heç kəs bir nəfər tələbəyə kömək
edə bilməz. Kurs imtahanları əyani şöbədə testlə aparılır. Hər semestr
üçün 5 min manat vermək lazım gəlir. Qrupda təhsil alan 25 tələbədən
15-i pul verir. Belə ki, hər qrupdan 75 min manat pul alınır.
Universitet üzrə 1200 qrupdan pul yığılır. Bu da orta hesabla semestrdə 8
milyondan çox pul edir. İllik isə əyani şöbədən təkcə test
imtahanlarından orta hesabla 16 milyon pul yığılır. Dövlət
imtahanlarından 3 milyon pul yığılır. Qiyabilər üçün imtahanlara
buraxılmayan tələbələrin hər birindən 2-3 min manat pul alınır; əks
halda, onları universitetdən qovulurlar. Qovulanları sonradan 5 min
manat pul alaraq bərpa edirlər. Orta hesabla hər semestrə qayıblardan 1
milyon manat pul yığılır. İxtisas dəyişmə adı ilə tələbələrin dərisini
soyurlar. Məsələn, tələbə Ümumi İqtisadiyyat fakültəsinə qəbul olunur.
Dekan deyir ki, sən 500 manat verməsən səni pis ixtisasa göndərəcəm.
Tələbələrin hamısını bu yolla soyurlar. Maliyyə, Beynəlxalq iqtisadi
münasibətlər ixtisaslarına ən çox tələbələr qəbul edilir. Hər birindən
500 manat alınır ki, onların ixtisası təsdiq edilsin. Bu ixtisaslar
Şəmsəddin Hacıyevin gündəlik nəzarətindədir”.
Məktub
müəllifləri qiyabi şöbənin tələbələri üçün bütün imtahanların “yazılı”
aparıldığını qeyd edirlər: “Heç bir tələbə özü qiymət ala bilməz. Bütün
il boyu Şəmsəddin Hacıyevin dekan müavinləri, onların katibələri hər bir
tələbədən 1-2 min manat pul yığırlar. Müəllimələrə yalnız
“vedomostlar”a qol çəkdirilir. Onlar bir qul kimi Ş.Hacıyevin
cinayətində gözü yumulu iştirak edirlər. İşlərini itirməmək üçün bu yola
gedirlər. Baxırlar ki, nəhəng insanları Şəmsəddin Hacıyev işdən azad
edir. Universitetdəki rüşvətxorluğa, saxtakarlığa qarşı mübarizə aparan
professor Bədirxan Musayev kimi nəhəng alim işdən qovulub. Yuxarı
təşkilatlar isə bu məsələni araşdırmır. Bu işlər isə müəllimlərin gözünü
qorxudur. Dekanlardan Müzəffər Məmmədov, Niyazi müəllim, Həsən
İsrafilov, Tofıq Hasilov, Nuru müəllim, Qabil Manafov, Xankişi müəllim,
Kamil Qafarov (dekanların atası) xüsusilə fərqlənirlər. Valideynlər pul
verməkdən yorulublar. Ş.Haciyev 10 ildir ki, tələbələrin qanını sorur.
Millətə qarşı genosid siyasəti yürüdür. Valideynlər mal qarasını,
əmlakını satıb Ş.Haciyevə, uşaqlarının oxuması naminə pul verirlər. Bunu
isə heç kəs “görmür”. Dekanlar deyirlər ki, biz bu pulları Şəmsəddin
Hacıyevə veririk, o isə pulları fonda verir. Bu proses nə qədər davam
edəcək? Bu cür özbaşınalığa nə zaman son qoyulacaq?
Vaxtı ilə
Hacı Əbdülə yemək daşıyan, Mütəllibova skripka çalan (akademik Cəlal
Əliyevin sözü), Heydər Əliyev siyasətinə nifrət edən bir insan 10 ildir
ki, bu universiteti nasos kimi sorur. Şəmsəddin Haciyevin universitetdə
geniş… (Məktubun bu qismi şəxsi və intim həyatla bağlı olduğu üçün
ixtisar edilir-red.)
Dərbənd filialından Ş. Hacıyev ildə 20
milyon pul götürür. Ş.Hacıyev bu pullarla özünə şirkətlər açıb,
marketlər yaradıb. Maşın satış salonları fəaliyyət göstərir. Geniş
biznes şəbəkəsinə malikdir. Onun “Turan” şirkəti vasitəsilə
universitetdə aparılan tikinti işlərinə dair pullar ora köçürülüb.
Oradan həmin pulları Ş.Haciyev mənimsəyib. 2012-ci ildə həmin şirkətə 27
milyon universitet vəsaiti dəyişdirilərək, mənimsənib. Bu şirkətlər
şəbəkəsi, onun qızı Çeşminin, onun yoldaşının, yaxın qohumlarının
adınadır”.
Məktub müəllifləri yazır ki, universitetdə
aparılmış Maliyyə Nazirliyinin yoxlaması vasitəsilə külli miqdarda
yeyinti aşkar edilib: “Belə ki, Ş.Hacıyevin baldızı qızı baş mühasib
idi. Külli miqdarda rüşvət verərək işi bağladı və baldızı qızını başqa
işə keçirdi. Bu universitet quldur yuvasına çevrilib. Ş.Haciyev deyir
ki, mən bu pulları yuxarılara verirəm, mənə heç kim toxuna bilməz, mənim
yerim bərkdir. Deyir ki, təzə nazir mənim yetirməmdir. Respublika
təhsilini mən idarə edirəm. Bu işlərə isə yuxarı təşkilatlar heç bir
reaksiya vermir”.
Sonda məktub müəllifləri ölkə başçısına
müraciət edirlər: “Biz əməkdaşlar möhtərəm prezidentimizdən bu işlərin
araşdırmasını, ciddi ölçü götürülməsini xahiş edirik.Sizdən xahiş edirik, böyük bir kollektivi olan universitetin əməkdaşlarının xahişini nəzərə alasınız”.

P.S. Məsələ ilə bağlı Şəmsəddin Hacıyevi və adları çəkilən digər şəxsləri də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=3147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930