Azərbaycanda əsas ərzaq məhsulları bahalaşmaqda davam edir

09.09.2015 - 12:17

erzaq“Turan” Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq məhsulundan ibarət istehlak səbətinin qiyməti avqustda 2,5 % bahalaşıb.

İyul və iyunda 0,10%, mayda +3,6% artım olmuşdu.

Ötən ay pomidor (+60%), kartof (+33,3%), şəkər tozu (+26,6%), soğan (+25%), qarğıdalı yağı (+18,3%), marqarin (+18,2%), 1 növ un а (+18,2%), kələm (+16,6%), vermişel (+13,3%), kərə yağı (+12,8%), qatıq (+11,5%), yumurta (+9%), pendir (+2%) bahalaşıb.

Qarabaşaq yarması (-9%), toyuq içalatı (-5,5%) ucuzlaşıb.

Mal əti, qoyun əti, toyuq əti, süd və s qiyməti dəyişməyib.

Qiymət artımı haqqında iyul proqnozu özünü doğruldub. Proqnoz mövsümi məhsulların azalması ilə bağlı ənənəvi yay deflyasiyasının inflyasiya ilə əvəzlənməsi ilə əsaslandırılırdı.

Agentlik bildirir ki, inhisarçılıq bazara mənfi təsir etməkdə davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=31656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728