Maliyyə hesabatını gizlədən bankları nə gözləyir?

11.09.2015 - 12:40

bankBanklar dərc olunmayan hesabatlara görə maliyyə sanksiyası ilə üzləşəcək

Azərbaycanda heç də bütün banklar maliyyə göstəricilərini ictimaiyyətlə açıqlamağa maraq göstərmir. Xüsusilə bu ilin fevral ayındakı devalvasiyadan sonra kredit təşkilatları maliyyə hesabatlarını açıqlamaqdan çəkinirlər. Halbuki qanunvericiliyə görə, hər bir bank rübdə bir dəfə maliyyə vəziyyətinin necə olması barədə hesabat yaymalıdır.

Nəzərə alsaq ki, hazırda 3-cü rübün son ayıdır, deməli 2-ci rübün maliyyə hesabatları ən azı 1 ay bundan əvvəl bankların internet səhifələrində yerləşdirilməli idi. Reallıq isə odur ki, bəzi banklar nəinki builki, heç 2014-cü ildəki fəaliyyətlərinin yekunlarına dair hesabatı yaymayıblar. Ötən sayımızda hesabatı təqdim etməyən bankların adlarını qeyd etmişdik. Bəs bu formada qanunu pozan banklara qarşı hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı danışdığımız ekspert bildirdi ki, banklar haqqında qanuna görə banklar mütamadi olaraq maliyyə hesabatını dərc etməli və audit yoxlaması keçirməlidirlər. Inzibati Xətallar Məcəlləsinin 223-8.1 maddəsinə görə bank hesabatlarının vaxtında, düzgün formada Mərkəzi Banka təqdim edilməməsinə görə, vəzifəli şəxslər 200 manatdan 700 manata qədər. Hüquqi şəxslər isə 1000 manatdan 1500 manata qədər cərimə ödəməlidirlər. 223-8.2 maddəsinə görə bank hesabatlarının zamanında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500-2000 manat arası cərimə edilir. Yəni banklar dərc olunmayan hesabatlara görə cüzi də olsa cərimələnməlidirlər. (azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=31975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728