ABŞ-dan dollarla bağlı kritik qərar
ABŞ Mərkəzi Bankı FES-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 2 gün davam edən kritik sentyabr iclası baş çatıb.
Axar.az xəbər verir ki, komitə yaydığı bəyanatda uçot dərəcəsini artırmadığını açıqlayıb, faiz dərəcələri 0-0,25 faiz arasında saxlanılıb.
FES-in qərarını açıqlamasından sonra isə dollar qısa zamanda avro, yapon yeni və Britaniya funtu qarşısında ucuzlaşıb.
Qeyd edək ki, FES faiz dərəcəsini artırmaq barədə qərar qəbul etsəydi, dollar digər valyutalar qarşısında bahalaşacaqdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=32558