“Paşa Holdinq”in “Şahdağ” gizlinləri

08.05.2012 - 14:00

Dövlət
başçısının qış tətilini keçirdiyi məkanda vətəndaşlara qarşı kompensasiya
maxinasiyası

 

Şahdağ Kompleksi dövlət büdəsinin vəsaiti hesabına
inşa olunub, amma indi iki şirkət tərəfindən idarə olunur. Bunlardan
biri “Paşa Holdinq”dir”

 

 

 

 

Dövlət
başçısının qış tətilini keçirdiyi məkanda vətəndaşlara qarşı kompensasiya
maxinasiyası

 

Şahdağ Kompleksi dövlət büdəsinin vəsaiti hesabına
inşa olunub, amma indi iki şirkət tərəfindən idarə olunur. Bunlardan
biri “Paşa Holdinq”dir”

 

 

 

 

 

“Şahdağ turizm kompleksini boykot edin!”. Bu çağırışla sosial
şəbəkələrdə Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl çıxış
edib. O, “boykot” çağırışını insanların mülkiyyət hüququnun mənimsənilməsi ilə
izah edib.
Z.İsmayıl sakinlərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı işin hələ ki,
Avropa Məhkəməsinə gedib çıxmadığını söyləyir: “2 ilə yaxındır ki,
yubadırlar. Əvvəl vətəndaşlar Bakı şəhər 1 saylı İnzibati-İqtisad məhkəməsinə
müraciət etmişdilər. Çünki cavabdeh Mədəniyyət və Turizm Nazirliyi idi. Sonra
bu işi Qusarda olduğuna görə Sumqayıt Ərazi İqtisad Məhkəməsinə göndərdilər.
Sonra da Qusar məhkəməsinə göndərildi. Bir ilə yaxındır ki, bu iş Qusardadır.
Bir neçə ekspertiza təyin olunub, hakim dəyişikliyi olub. Ancaq iş yubadılır”.
Zöhrab İsmayıl deyir ki,
əhaliyə kompensasiya üçün təklif olunan məbləğ sözsüz ki, Şahdağın bugünki real
qiyməti il uzlaşmır. Heç iki il əvvəlki qiyməti ilə də uzlaşmırdı: “Anar
Qasımlı da məsələylə bağlı bir çox sənədlər əldə edib məhkəməyə təqdim etmişdi.
Sənədlərdə vətəndaşların torpaq sahələri zəbt olunan vaxtı həmin ərazidə pay
torpaqların alqı-satqı müqavilələri var idi. Orada 1 hektar üçün 100 min manat
pul ödənmişdi. Bunlar notariusda təsdiqlənmiş sənədlər idi. Ancaq onlara təklif
olunan məbləğ 2500 manat idi. Bu isə real qiymətdən 40 dəfə aşağıydı.
Ümumiyyətlə, Şahdağ Kompleksi dövlət büdəsinin vəsaiti hesabına inşa olunub.
Amma indi idarəetməyə verilib. 2 şirkət tərəfindən idarə olunur. Bunlardan biri
“Paşa Holdinq”dir”.
Sakinlərin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı isə deyir ki, məhkəmə
süründürməçiliklə məşğuldur: “Səbəb isə odur ki, Avropa Məhkəməsi bu şikayət
üzrə sakinlərin iddiasını mütləq təmin edəcək. Hakimiyyət də bunu bilir və
məhkəmə prosesini uzadır”.
Qeyd edək ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksi Qusar rayonunun Kuzun kəndi
ərasziində tikilib və sakinlərə kompensasiya ödənilməyib. 2 ildən artıqdır ki,
kuzunlular zəbt olunmuş torpaqlarına görə məhkəmə iddiası qaldırıblar. Amma
şikayətə baxan yoxdur, məhkəmə isə süründürməçiliklə məşğuldur. Belə ki,
sakinlər sözü gedən ərazidən əkin və otlaq sahəsi kimi istifadə ediblər və bu
sahədən götürdükləri gəlirlə dolanıblar. İndi isə sakinlərin mal-heyvan
otarmağa, əkin əkməyə torpaqları yoxdur. Bu səbəbdən də sakinlər ədalətli kompensasiya
tələb edirlər.ferid
Sözügedən Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən sayılır.
Kompleks 2 min 45 hektardan çox sahəni əhatə edir. Plana görə, tikinti 4
mərhələdə aparılmalı və 8-10 ilə başa çatdırılmalıdır. İnşaat işlərini yerli və
xarici şirkətlər gerçəkləşdirir. Artıq kompleksin bir hissəsi tikilib və
faliyyətə də başlayıb. Kompleksdə müxtəlif xidmətlər üçün müəyyənləşdirilmiş
qiymətləri də açıqlanıb. Kanat yollarından istifadə böyüklər üçün 1 günlük 20
manat, yarımgünlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarımgünlük 8
manatdır. Xizək dəsti böyüklər üçün 14, 22, 30 manat, uşaqlar üçün 13 manatdır.
Arzu edənlər müxtəlif qiymətlərə xizək kostyumları da kirayə götürə bilərlər.
Oteldə gecələmək isə 70-100 manat arasında dəyişir.

 

Fərid Abdullayev, CUMHURİYYET.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930