Azərbaycan banklar üçün yüksək riskli ölkələr qrupuna salındı

02.10.2015 - 13:15

sp“Standard&Poor`s” beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi üçün yüksək riskin olduğu ölkələr qrupuna daxil edib.

“İnterfaks-Azərbaycan” xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd edilir.

“Şirkətlərinin müxtəlif valyutalarda aktiv və öhdəçiliyi olan ölkələrin bankları real risk daşıyırlar. Avropa, Yaxın Şərq, Afrika regionunda bu ilk növbədə Azərbaycan, Qazaxıstan, Ukrayna və Nigeriyaya aiddir”, – agentlik bildirib.

“Avropa, Yaxın Şərq, Afrika regionu ölkələrində valyutanın qiymətdən düşməsi bankların riskini necə artırır?” adlı hesabatında region bankları üçün risklərin xarici valyutaların və əsas payın valyuta depozitlərinə məxsus olması ilə əlaqədar olduğu, məsələn, Azərbaycanda olduğu kimi, depozitlərin yarısının xarici valyutanın payına düşdüyü qeyd edilir.

Hesabatın müəlliflərinin fikrincə, xarici valyuta ilə əldə edilən malların dəyərinin artması amili bankların gəlirinə təsir edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=33770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728