SOCAR nəhəng layihəsini dayandırdı

05.10.2015 - 12:30

SOCARAzərbaycanın Gürcüstanda inşa etdiyi karbamid zavodunun tikintisi qeyri-müəyyən vaxta qədər saxlanılıb.

Bunu “SOCAR Georgia” (SOCAR-ın törəmə şirkəti) şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

M.Məmmədovun sözlərinə görə, bu layihənin ləğv olunması barədə yayılan xəbərlər əsassızdır:“Gürcüstanın Rustavi şəhərində Azot zavodu fəaliyyət göstərir. Həmin müəssisənin 3 mindən artıq işçisi var. Müəssisənin çox gözəl infrastrukturu var. Bu zavodun effektivliyi də kifayət qədər yaxşıdır. Ancaq bu müəssisə bu gün öz məhsulunu sata bilmir. Çünki xammalın qiyməti onların istədiyi qədər aşağı düşməyib. Ancaq dünya bazarında məhsulun özünün qiyməti aşağı düşüb. SOCAR da Karbamid zavodunu bu gün Gürcüstanda tiksəydi, onun aqibəti bu cür olacaqdı”.
Baş direktor qeyd edib ki, Azərbaycan tərəfi Gürcüstan hökuməti ilə məsləhətləşmələr apardıqdan sonra belə qərara gəlinib ki, layihənin tikintisi müəyyən dövrə qədər saxlanılsın: “Əgər zavodun xammalı yoxdursa, xammalın qiyməti barədə nigarançılıq varsa, bu zavod necə tikilə bilər? Bu, həm SOCAR-ın, həm də Gürcüstan hökumətinin birgə qərarıdır. Gürcüstanda olan zavod xammalı dünya qiymətləri ilə alacaq və dünya qiymətlərinə uyğun şəkildə istehsal etdiyi məhsulu dünya bazarında çıxaracaq”.
Zavodun tikintisinə nə zaman başlanacağına gəldikdə, SOCAR rəsmisi deyib ki, bunu demək mümkün deyil: “Hazırda bütün dünyada enerji daşıyıcılarının qiyməti aşağı düşüb. Həm bazarlarda, həm də bir sıra ölkələrdə qeyri-sabitlik var. Buna görə, zavodun nə vaxta qədər təxirə salındığını demək mümkün deyil”.
APA

Short URL: http://www.cumhuriyyet.net/?p=33883

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728