Gömrük əhalini sevindirən fərmanın icrasına başlayır

04.11.2015 - 10:25

gomrukÖlkə prezidentinin tapşırığına uyğun olaraq, gömrük sahəsində yoxlamaların sadələşdirilməsilə bağlı işlər yaxın günlərdə yekunlaşacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, hazırda hər bir şəxsin ehtiyacına uyğun illik mal gətirilməsi və malların çeşidi, həcmilə bağlı qiymətləndirmələr aparılır.

“Yeni qaydalara əsasən, ümumi gömrük dəyəri 10 min dollaradək malların gömrük sərhəddindən gömrük ödənişi edilmədən keçirilməsi o şəxslərə şamil ediləcək ki, bu malları ölkəyə öz təlabatları üçün gətirirlər. Kommersiya və istehsalat məqsədləri çün mal gətirənlər isə vergiyə cəlb ediləcək. Gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilir. Sərhəd-buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə plana uyğun olaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi təkmilləşdirilib. Gömrük postlarında bu sistemdən istifadə edilir”, – deyə Aydın Əliyev vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, hazırda “e-gömrük bəyənnasməsi” və “e-monitorinq” xidmətlərinin istifadəyə verilməsi üzərində iş aparılır. Bununla yanaşı, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün bəzi ölkələrlə vahid informasiya sisteminin yaradılması, gömrük-keçid məntəqələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Gömrük xidmətində “bir pəncərə” sisteminin, “bir dayanacaq”, “sürətli keçid” beynəlxalq prinsiplərinin tətbiqinin genişləndirilməsi, gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sadələşdirilməsi, sərf olunan vaxtın minimuma endirilməsi mqəsədilə müasir təchizata malik gömrük terminallarını tikilməsi nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=37472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930