Azərbaycanda daha çox kimlər ipoteka ilə mənzil alır?

09.11.2015 - 11:26

ipotekaAzərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) hesabatında deyilir.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olurlar.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AİF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=38163

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728