Daha bir xarici şirkət Azərbaycanı tərk edir

11.11.2015 - 12:14

sulumberq“Georservice S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlandığını elan edib.

Bu barədə “Report”a Vergilər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Şirkətin kreditorları iki ay müddətində tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1958-ci ildə əsası qoyulan “Georservice S.A.” şirkəti “Schlumberger Ltd.”nin törəmə şirkəti kimi fəaliyyət göstərir.

Baş ofisi Parisdə (Fransa) yerləşən “Georservice S.A.” əsasən sahə nəzarət xidmətləri, dərin quyularda palçıqların kimyəvi və mexaniki tərkibi ilə bağlı analizlərin aparılması və neft-qaz əməliyyatlarının məhsuldarlığına nəzarət edilməsi xidmətləri göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=38645

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728