Bir gündə 93 milyon dollar satıldı – Azərbaycanda

12.11.2015 - 11:22
pulKeçən həftənin cümə günü, noyabrın 6-dan etibarən Azərbaycanda yenidən xarici valyutaya tələbat artıb.
Cümhuriyyət.az bizimyol.info-ya istinadən xəbər verir ki, carici valyutaya tələbatın artmasına səbəb ABŞ-da açıqlanan işsizlik rəqəmlərinin gözlənildiyindən çox yaxşı olmasıdır. Belə ki, 180 min nəfər səviyyəsində proqnozlaşdırılan yeni iş yerlərinin sayı faktiki 271 min olub. Bu göstəricinin açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcəsini artırması ehtimalı yüksəldiyindən, dünya bazarında dollara tələb artıb. Beynəlxalq valyuta bazarlarında avronun məzənnəsi 1,07 USD/EUR-ya kimi geriləyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) dünya bazarına paralel olaraq və bivalyuta məzənnə siyasətinə əsaslanaraq dolların məzənnəsini yüksəltməyə, avronun məzənnəsini isə endirməyə başlayıb.
Dolların daha da yüksələcəyini proqnozlaşdıran əhali yenidən çox güclü olmasa da, valyuta alışını artırıb. Nəticədə, dolların valyutadəyişmə məntəqələrinə satış məzənnəsi 1,0535-1,0580 AZN/USD-yə yüksəlib.
Dünən isə valyuta siyasətində dəyişiklik olub və AMB hər iki valyutanın, həm dollar, həm də avronun məzənnəsini artırıb. Bu siyasət bir neçə gün davam edərsə, artıq manatın yumşaq devalvasiyasına start verildiyini demək olar. Mərkəzi Bank dünən valyuta bazarında 93,9 mln. dollarlıq intervensiya həyata keçirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=38815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930