“Fit verənlər və stats sekretarlar” – Qubad İbadoğlundan iki təklif

20.11.2015 - 10:59

qubadAzərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, MTN-də baş verən olaylar Azərbaycanın mövcud idarəetmə strukturunda köklü islahatların aparılması zərurətini bir daha təsdiqlədi.

Musavat.com-un məlumatına görə, Qubad İbadoğlu bu barədə şəxsi feysbuk profilində yazıb: “Bu hadisələrdə diqqət çəkən problemlərdən biri nazirliyin müxtəlif dövlət orqanlarında, institutlarda və hətta səfirliklərdəki təmsilçiləri vasitəsilə formalaşdırdığı geniş şəbəkədən şəxsi və qrup məqsədləri üçün istifadə edilməsi oldu. Göründü ki, keçmiş sovet dövründən MTN-ə miras qalan şəbəkələnmə sistemi hazırkı idarəetmə kontekstində nəinki özünü doğrultmur, hətta fəsadlar verir”.

İqtisadçı alim daha sonra iki təklif irəli sürüb: “Birincisi, 1 əsrdən çoxdur ki, ABŞ-da, son 50 ildə isə Böyük Britaniya, Kanada, İsveçrə, Niderland, İrlandiya kimi inkişaf etmiş ölkələrdə, hətta bu əsrdən başlayaraq Hindistanda tətbiq olunan “fit verənlər” institutudur. Şərti olaraq “fit verən” adlanan şəxslər dövlət və özəl orqanlarda korrupsiya ilə mübarizə aparmaq üçün informasiya daşıyıcısı funksiyasını yerinə yetirirlər. ABŞ-da tamamilə müstəqil olaraq fəaliyyət göstərən “fit verənlər” 2 qrupa bölünürlər; daxili və kənar. Daxili fit verənlər dövlət və özəl orqanın rəhbərliyi üçün, kənar fit verənlər isə hüquq mühafizə orqanları üçün çalışırlar. Onların hər ikisinin hüquqları xüsusi qanunla qorunur. Təcrübə göstərir ki, müstəqil məhkəmə və prokurorluq sisteminin, azad media və vətəndaş cəmiyyətinin mövcud olduğu ölkələrdə bu sistem müvəffəqiyyətlə işləyir”.

Qubad İbadoğlunun təklif etdiyi ikinci nümunə isə əsasən alman dilli Avropa Birliyi ölkələrində geniş yayılan və son dövrlər isə Rusiya və Qırğızıstan da tətbiq olunan stats sekretarlar institutudur: “Bu ölkələrdə hər bir dövlət orqanında fəaliyyət göstərən və nazirliklərdə nazir müavini statusuna bərabər sayılan stats sekretarlar heç bir siyasi mənsubiyyəti olmayan peşəkarlardan təşkil olunur və onların işə götürülüb, işdən azad edilməsində nazirlərin rolu olmur. Onların işə cəlb edilməsi isə bir çox ölkələrdə müsabiqə yolu ilə həyata keçirilir. Siyasi hakimiyyət əvəzlənən zaman nazirlər və onların müavinləri dəyişsələr də stats sekretarlar işlərində qalır və daha uzun müddət fəaliyyət göstərirlər. Bu da idarəetmə sisteminin dayanıqlığı və sahələr üzrə dövlət siyasətinin davamlılığı üçün əhəmiyyət kəsb edir”.

ADR sədri sonda qeyd edib ki, hər 2 təcrübə -“fit verənlər və stats sekretarlar” institutlari- dərindən öyrənilməklə, yerli xüsusiyyətlər və problemlər nəzərə alınmaqla Azərbaycanda da idarəetmə islahatları çərçivəsində tətbiq oluna bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=40248

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728