Samir Şərifovla Elman Rüstəmovun məsuliyyəti – Dövlətə ciddi ziyan vurublar

25.11.2015 - 01:03

t“Beynəlxalq Bank maxinasiyalarında Mərkəzi Bank və Maliyyə Nazirliyi hara baxırdı?!”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Azərbaycan iqtisadiyyatına vurduğu zərbənin ağlasığmaz dərəcədə böyük olmasını təsdiqləyən daha bir fakt üzə çıxıb. Belə ki, “Bank Technique” bu duetin adamlarının nəzarəti altında olanda 263 milyon dollar zərərə düşüb. Bu barədə virtualaz.org saytına “Bank Technique” rəhbərliyindəki mötəbər mənbələrdən məlumat verilib.

Məlumat üçün bildirək ki, bu bank əvvəllər Etibar Əliyevə məxsus olub. Lakin MTN-in o zamankı rəhbərliyi bankı “özəlləşdirmək” üçün 2012-ci ildə xüsusi əməliyyat keçirib, bank rəhbərliyini saxta ittihamlarla həbs edib. Daha sonra sabiq nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevin adamlarının idarəçiliyinə verib. E.Əliyev yalnız Mahmudov-Çovdarov kriminal qruplaşmasının ifşa edilməsindən sonra “Bank Technique”da Müşahidə Şurasının sədri vəzifəsinə bərpa olunub.

Məsələni şərh edən iqtisadçı ekspert Natiq CƏFƏRLİ AİM.Az-a bildirib ki, hələ getdikcə çox faktlar aşkarlanacaq: “Hətta maliyyə naziri bu yaxınlarda açıqlama verdi ki, Beynəlxalq Bankla bağlı yenidənqurma işlərinə gediləcək. İxtisarlar gözlənilir. Yeni idarəetmə formasının yaradılmasına ehtiyac var. Bunların hamısı yaxşı addımlardır. Bankın bundan sonra normal fəaliyyət göstərməsi üçün müəyyən işlər görülməlidir. Amma keçmişdə bu banka ciddi nəzarət olunmal idi. Görünən odur ki, bankın keçmiş rəhbrəliyi özünə yaxın, hakimiyyətin yüksək eşelonunda təmsil olunan insanlarla birlikdə qanunsuz addımlar atıb. Bankın vəsaitlərini şəxsi vəsaitlər kimi istifadə edib. Bu da çox anlaşılmaz haldır. ”

Sözügedən bankın dövlətə məxsus olduğunu söyləyən müsahibimiz qeyd edib ki, dövlətin nəzarətedici orqanları – Mərkəzi Bank və Maliyyə Nazirliyi (MN) gedişata nəzarət etməli idi: “Qanunvericiliyə görə, MN-nin birinci müavini bankın Müşahidə Şurasının sədridir. Ən azından qanunsuzluğa müdaxilə etmək səlahiyyətinə malikdir. Burada çox maraqlı suallar ortaya çıxır. Aidiyyatı qurumlar buna niyə ciddi nəzarət etməyib? Nəyə görə, vaxtında tədbirlər görülməyib? Mərkəzi Bank və Maliyyə Nazirliyi hara baxırdı?!. Çünki Beynəxalq Bank vasitəsilə mənimsənilən və yaxud lazımsız layihələrə xərclənən vəsaitlər əslində Azərbaycan xalqına və dövlətinə məxsusdur. Həmin pullar Azərbaycan dövlətinin maraqlarına xərclənməli idi. Amma görünən odur ki, şəxsi maraqlara xidmət edib. Buna görə də dövlətin nəzarətedici orqanları da vaxtında nəzarət etməli idilər. Bunun qarşısı alınmalı idi. Bu suallara da aydınlıq gətirilməlidir ki, nəyə görə zamanında bu hadisələr nəzarətdən kənarda qalıb və vaxtında müdaxilə edilib, qarşısı alınmayıb. Bir sözlə, adıçəkilən şəxslər beynəlxalq bank vasitəsilə dövlətə ciddi ziyan vurub.”

Short URL: http://www.cumhuriyyet.net/?p=40868

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31