“Qarasu Oil” ildə 15 milyon dolları necə itirir…

26.11.2015 - 01:27

rr“Qarasu Oil” əməliyyat şirkəti ildə 15 milyon dollar itirir. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, əməliyyat şirkəti aylıq planı yerinə yetirə bilmir. Noyabrın əvvəlindən 23-nə kimi şirkətdə 6790.086 ton neft hasil olunub. Halbuki 10524 ton neft hasil olunmalı idi.

M.Qəhrəmanlının sözlərinə görə, şirkətin hər ay planı 4 min ton (28000 barrel) kəsirlə bağlaması hazırkı qiymətlə ayda 1 milyon 260 min dollar, ildə isə 15 milyon dollar itirmək deməkdir: “Bu isə onu göstərir ki, şirkət qazanc götürür, ancaq dövlət gəlirdən məhrum olur. Artıq bir neçə ildir vəziyyət bu cür davam edir”.

M.Qəhrəmanlı bildirdi ki, şirkətin aylıq planı yerinə yetirə bilməməsi mütəxəssis çatışmazlığı ilə əlaqədardır. Son illər aparılan ixtisarlarda təcrübəli kadrlar işdən uzaqlaşdırılıb.

Şirkətdən isə məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Jalə

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=41189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31