Cahangir Hacıyevin şirkəti milyarderin əlinə keçir

02.12.2015 - 01:16

cahangirhaciBeynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin nəzarətində “Azərinşaatservis” iş adamı Hafiz Məmmədova verilə bilər. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, artıq bununla bağlı Hafiz Məmmədovla danışıqlar aparılır. İş adamının bir neçə gün əvvəl “Azərinşaatservis”in necə talan olunması ilə bağlı sensasion açıqlamalar verməsi də bununla bağlıdır.

Hafiz Məmmədovun “Azərinşaatservis”in əsas payçılarından olub. Bu şirkətə 285 milyon manat yatırım edib. Sonradan şirkəti tamamilə almaq istəyib. Lakin “Azərinşaatservis”in payçılarından olan Cahangir Hacıyev hissəsini güzəştə getməyib. Bundan əlavə müxtəlif vasitələrlə Hafiz Məmmədovu oyundan kənar vəziyyətə salıb. Hafiz Məmmədovun qoyduğu vəsaitin qaytarılmaması bir yana “Azərinşaatservis”in Beynəlxalq Banka olan yüksək faizli(18 faiz) kredit borcu da ondan tələb olunub.

Məlumatda deyilir ki, Cahangir Hacıyevin idarəçiliyi altında müflis olan “Azərinşaatservis”in işçilərinin davamlı olaraq maaş tələbi ilə aksiyalar keçirməsi “yuxarılar”da narahatlığa səbəb olub. Çıxış yolu kimi şirkətin yenidən dirçədilməsi qərara alınıb. “Azərinşaatservis”in idarəçiliyinin isə Hafiz Məmmədova verilməsi məqsəduyğun sayılıb. Lakin Hafiz Məmmədov 285 milyonu tələb edir. Mənbə bildirir ki, iş adamının “Azərinşaatservis”in dirçəldilməsinin mümkün olduğunu deməsi də 285 milyon məsələsində hələ ki razılığın əlda olunmaması ilə bağlı ola bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=42336

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31