Valyuta ehtiyatımız 2010-cu il səviyyəsinə düşdü
Mərkəzi Bankın valyuta ehtiyatları noyabr ayında təxminən 600 milyon dollar azalıb.
Bu barədə məlumatı iqtisadçı ekspert Rövşən Ağayev yazıb.
Rövşən Ağayevin sözlərinə görə, ötən ayın sonuna ehtiyatların həcmi 6.834 milyard dollar idisə, hazırda 6.245 milyard dollardır: “ Rəsmi məlumata görə, Azərbaycanın cari hesabar balansında müsbət saldo qeydə alınır: “Belə vəziyyətdə valyuta ehtiyatlarının əriməsi davam edirsə, ehtimal olunan bir mühüm səbəb var: ölkədən kapital qaçışı. Çox güman ki, hakimiyyət daxilində baş verənlər və biznes mühitinin özünü təhlükəsiz riskdə hiss etməsi ölkədən kapital qaçışını sürətləndirib. Bir şey dəqiqdir ki, valyutaya çevriləcək likvid manat kütləsinin həcmi çox deyil, burda əsas rolu dollara çevrilərək qaçan əmlak kütləsi oynadığını ehtimal etmək mümkündür. Sonuncu dəfə MB-nin valyuta ehtiyatları 2010-ci ilin sonlarında bu səviyyədə olub”.
Short URL: http://www.cumhuriyyet.net/?p=42527