Bazar çaşqınlıq içində: avro, yoxsa dollar?

05.12.2015 - 16:06

resadAvropa Mərkəzi Bankının (AMB) dünənki açıqlamasından məlum oldu ki, bank nəzərdə tutulan infilyasiya hədəflərinə çatmayıb və görünür, növbəti dövrlərdə mümkün variantlardan istifadə etməklə valyuta bazarlarının nağd pul inyeksiyasını həyata keçirəcəklər.

Bu barədə axar.az-a iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib. Onun sözlərinə görə, avronun taleyi dekabrın 17-dən sonra FED-in qərarından asılı olacaq:

“Avronun ucuzlaşması məhz iki səbəbdən irəli gəlirdi: birincisi, AMB-nin məhz kəmiyyət yumşaldılması istiqamətində gözlənilən açıqlaması, ikincisi, dolların dünya bazarlarında möhkəmlənməsi. Bu, FED-in dekabrdakı toplantısı zamanı çıxaracağı faiz artımı qərarı ilə bağlı bazarların prosesə reaksiyası nəticəsində olurdu.

AMB-nin dünənki qərarından sonra avronun məzənnəsində müəyyən korreksiyalar baş verməsinə baxmayaraq, son dövrlərdə avro öz mövqeyini kəskin itirmişdi. İndi isə təxminən 2,8 faiz bahalaşdı. Hesab edirəm ki, bu proses uzunmüddətli olmayacaq. Dekabrın 17-nə qədər avronun yenidən öz dəyərini itirməsi istiqamətində proseslər davam edəcək. Kollegiyaya daxil olan üzvlərin bəzilərinin mətbuat vasitəsilə öz fikirlərini açıqlaması gözlənilən qərarı tam anlamaqda çətinlik yaradır. Çünki bəzi üzvlər uçot dərəcəsinin artırılmasının tərəfində olsalar da, bəziləri bunun əksini irəli sürür. Buna görə də bazarlar baş verənlər qarşısında çaşqınlıq içərisindədirlər.

Ancaq AMB-nin dünənki açıqlamasından məlum oldu ki, bank nəzərdə tutulan infilyasiya hədəflərinə çatmayıb və görünür, növbəti dövrlərdə mümkün variantlardan istifadə etməklə valyuta bazarlarının nağd pul inyeksiyasını həyata keçirəcəklər. Əgər FED uçot dərəcəsinin artırmazsa, təbii ki, növbəti dövrlərdə avronun itirilmiş olduğu məzənnəsinin müəyyən bir qismini bərpa etməsi mümkündür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=43182

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31