Azərbaycan noutbuk istehsalına başlayır – Rəsmi
“2016-cı il ərzində Azərbaycanda Tayvanın “Acer” şirkətinin brendi ilə təqribən 5 min kompüter istehsal ediləcək”.
Bunu “H-tech” şirkətinin icraçı direktoru Səid Quliyev deyib.
Onun sözlərinə görə, hazırda ölkənin bir sıra dövlət strukturları ilə aparılan danışıqlar uğurla keçsə, istehsalın həcmi 5 dəfə arta bilər.
S.Quliyev qeyd edib ki, “Acer” kompüter texnikasının istehsalına 2016-cı ilin fevralında başlanılacaq: “Mingəçevir texnologiya parkında istehsal ediləcək məhsulun qiyməti rəqabət qabiliyyətli olacaq”.
O, əlavə edib ki, istehsal edilən texnika əvvəlcə “BestComp” şirkətinin mağazalar şəbkəsində satılacaq, sonra isə distribüter şəbəkəsi genişlənəcək(Trend).
Short URL: http://www.cumhuriyyet.net/?p=43324