Neft 40 dollara düşdü

08.12.2015 - 00:22

neft3Bu gün beynəlxalq bazarlarda neft qiymətləri sürətlə aşağı düşüb. Brent nefti Bakı vaxtı ilə 22:20-də 40,72 dollardan satılıb. Brent nefti 5,6%-ə yaxın ucuzlaşıb. ABŞ xam nefti isə 6% ucuzlaşaraq 37,58 dollara düşüb.

Analitiklər, ötən cümə günü keçirilmiş OPEC-in 168-ci Nazirlər Toplantısında istehsalın azaldılmamasına dair bir qərar çıxmaması səbəbindən neftin ucuzlaşdığını bildirirlər. Hasilat azaldılmadığından bazarda neft bolluğu yaranıb. Neftə tələb isə təklifdən azdır.

Brent neftin barelinin qiymətində 42 dollar səviyyəsinin dəstək mövqeyində olduğunu bildirən analitiklər, qiymətin bu səviyyədən aşağı düşməsi vəziyyətində 39 dollar səviyyəsinin gündəmə gələ biləcəyini proqnozlaşdırırdılar. Qeyd edildiyi kimi, artıq neft 40 dollara düşüb.(marja)

Short URL: http://www.cumhuriyyet.net/?p=43528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31