Dənizə tökülən milyonlar: “Günəşli”də günə nə qədər itiririk?
“Günəşli” yatağındakı platformada 28 quyu fəaliyyət göstərir. Bunlardan 24-ü neft quyusu, 4-ü isə qaz quyusudur. Bu yataqdan sutkada 900 ton neft , 1 milyon kubmetr qaz alınır. Bu baxımdan, itki elə də böyük deyil”.
Bunu Publika.az-a iqtisadçı-ekspert İlham Şaban deyib.
O qeyd edib ki, həmin quyulardan hasil olunan neft 110 atmosfer qaz vurulduqda əldə edilən neft idi: “Dekabrın 4-dən isə quyulara qaz vurulması dayandırılıb. Bu da təzyiqi azaltdığından, yanan neftin həcmi azalıb. Beləliklə neft şirkətinin itkiləri minimuma enib”.
Ekspertin sözlərinə görə, yanğın baş verən günlərdə gündəlik 900 ton neft yanmayıb: “Birinci gün 600, ikinci gün 500 ton neft yanıb. İtkilər azaldılıb. Hesablasaq, hadisə baş verəndən ötən 4 gün ərzində 2,5 min ton itki olub. Lakin bu, qaz və neftlə bağlı itkilərdir. Neft Şirkətinin platformadakı texniki itkiləri başqadır. Hansı ki, bu, artıq maddi ziyan hesab edilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=43708