Rövşən Ağayev: Dərdinizi paylaşın, yoxsulluğun daşını atın

05.01.2016 - 17:06
rovsen22016-cı ildəAzərbaycan üçünən kritik problem yoxsulluğun genişlənməsi olacaq.Hələ6 ayəvvəl Dünya Bankının ölkəmizləbağlı hazırladığı 2015-2020-ci illər üzrəÖlkəTərəfdaşlıq Çərçivəsi adlı sənəddəqeyd edilirdi ki, ölkədərəsmi yoxsulluq göstəricisi5% olsa da, 66%əhali yoxsulluq riskindən tam uzaqlaşıb orta təbəqəyədaxil ola bilməyib. Bank ekspertləri hesab edirdi ki,istənilən daxili vəya xarici şok bu həssas qrupu dərhal yoxsula çevriləbilər.
Əslindəartıq daxili şok baş verib-ərzaq qiymətləri vəgündəlik tələbat üçünən zəruri qeyri-ərzaq mallarının vədərmanların qiyməti orta hesabla 45-50% bahalanıb.Əlavəolaraq, beləbahalaşma mərhələsindəbüdcəinvestisiyalarının kəskin ixtisarı, istehsal xərclərinin kəskin artması fonunda müəssisələrin kütləvi fəaliyyətini dayandırması genişmiqyaslı işsizlikləmüşahidəedilir.
Yoxsulluğun şiddətli miqyasda genişlənməsinin həddən artıq ciddi fəsadları olacaq. Cəmiyyətdəuzun illərərzindədaha çox siyasi səbəblərdən yaranan apatiya vəümidsizlik radikal cərəyanlarınəl-qol açması üçün olduqcaəlverişli mühit yaradır.
Qiymətlərin kəskin bahalanması insanların gəlir artımı iləmüşahidəedilmədiyi şəraitdəhamı aclıq vəxəstəlikdən qorunmaq üçün bütün ehtiyatlarını tükəndirmək məcburiyyətindəqalır. İlkəvvəl ehtiyat (əlavə)əmlaklar (maşın vəya mənzil) satışa çıxarılır, bu ehtiyatları olmayanlar bankda (əgər varsa) saxladıqlarıəmanətləri xərcləməyəməcbur qalır.Əlbəttə, heç bir ehtyatı vəəmanəti olmayanlar üçün vəziyyətçox ağır olur – beləinsanların nəinki geyimlərini, hətta qidalarını, dərmanlarını beləixtisar etməkdən savayı yolu qalmır.

 

Hökumətin atmalı olduğu əsas iqtisadi addımlar
  • Yoxsulluğun vəişsizliyin ölçülməsi mexanizmləri təkmilləşdirilməli, hər ay bütün regionlar üzrəreal ölçmələr aparılmalı vənəticələri ictimaiyyətəelan edilməlidir. Problem xəstəlik kimidir -həll eləməyin yolu dürüst diaqnostikadan keçir.
  • Hökumət özəl sektorun inkişafına bütün resurslarını cəlb etməlidi – təkcəgüzəştli kreditlərin həcminin artırılmasından söhbət getmir, bu kreditlərin bölüşdürülməsindəşəffaflıq təmin edilməli, həmin fondun vəsaitlərininən azə65-70%-i mikro vəkiçik sahibkarlara ünvanlanmalıdır (hazırda bu göstərici heç 20% dədeyil).
  • Xaricəməhsul ixracına başlayan sahibkarlar üçün xüsusi imtiyazlar tətbiq edilmlidir. Çünki indiki vaxtda ölkəyə valyuta gətirən sahibkarlğın dirçəldilməsinə ehtiyac var. Belə sahibkarlara “0”faizlə kredit, dövriyyəsinin həcmindən asılı olmayaraq sadələşdirilmiş verginin tətbiqi, ixracla bağlı bütün xərclərdən (məhsulun analizi, saxlanması və ixrac proseduru ilə bağlı xərclərdən) azad edilməsi imkanı yaradılmalıdır.
  • Hökumət ordu vəpolisin, məktəb vəxəstəxanaların, həbsxana vəinternatların qida ehtyacları üçün birbaşa fermerlərin özündənərzaq almaq üçün tenderlər elan etməli, bu məhsullar hansısa vasitəçi şirkətdən yox,məhz fermerin özündən alınmalıdır – təbii ki, fitosanitar vəbaytarlıq müayinələrindən keçirilməkləşərtilə.
  • Ölkədəistehsalı ümumiyyətləolmayan vəya minimum səviyyədəolana zəruri tələbat mallarının idxal xərclərini minimuma endirməlidi.Bu təcrübədən hazırda məhdud səviyyədəistifadəedilir. Məsələn, idxal buğdasına tətbiq olunan 18%-likƏDV-yəmüddətli morotorium qoyulur.Məhsulların siyahısınən azından yaxın 1 il üçün genişləndirmək mümkündür.
  • Dövlət təhsil sisteminin maliyyələməsindədövlətin payının artırılması hesabınaəhalinin ödənişlərinin azaldılması. Hazırda dövlət ali təhsilindətələbələrin təxminən 70%-i ödənişli təhsil alır. İndiki sosial vəziyyətdə ödənişli təhsil yoxsul ailələri öz övladlarını təhsilə yönəltməkdən çəkindirə bilər. Hətta faktiki təhsil alan tələbələr təhslini yarmçıq buraxa bilər.
  • Beynəlxalq donor təşkilatların və xarici investorların ölkəyə gəlişini çətinləşdirən bütün manelərin aradan qaldırılması. Nüfuzlu beynəlxalq təşkilatların qovulduğu və ya buraxılmadığı ölkəyə xarici sərmayə gəlməyəcək. Çünki beynəlxalq donor təşkilatları dünyada əsas rəyyaradıcı institutlardı.

 

Hökumətin atmalı olduğu əsas qeyri-iqtisadi addımlar
Problemi yalnız yoxsul insanlara hətta hər ay hansısa məbləğdə(50-100 manat)əlavəyardım eləməkləhəll edəcəyini düşününənlər varsa, yanılırlar. Həmçininproblemin təkcəmərkəzi hökumətin gücü iləhəll ediləcəyini dəfikirləşənlər yanlış yoldaolacaqlar.
İnsan dərdi vəproblemi olanda 2 halda yüngülləşir, təskinlik tapır, problemi həll eləməyəinamı artır vəözündəgüc tapır:
1) Həmin problemi onun üzərindən atmağa (kökündən həll eləməyə) yetəcək qədər resurs (çarə)əldə edir.
Ən səthihesablamalara görə, qiymətlərin 40-50%-lik artımı Dünya Bankının yoxsul vəyoxsulluq riski alıtında olan 71%-lik qrupu üçünən azından 1 ildə3.5-4 milyard manatəlavəgəlir tələb edir. Kobud hesablamadır, amma metodikası budur: son qiymət artımınadək 1 nəfərin minimumərzaq vəqeyri-ərzaq xərcləri üçün ayda 150-160 manat, ildə1800-1850 manat tələb olunurdu. Həmin məbləği potensial risk qrupuna aid insanların sayına vuranda illik 11-12 milyard manat vəsait edirdi.
Aydın məsələdir ki, nəindiki büdcəməhdudiyyətləri şəraitindəbu mərkəzi hökumətin bu xərclər qarşılaması realdır, nədəiqtisadi siyasət baxımından effektiv yoldur.
2) İnsan problemin öhdəsindən o zaman gəlir ki,dərdinipaylaşmağa insanlar tapa bilir.Bu, ilk növbədəonu nəzərdətutur ki, insanların problemi sivil yollarla həll etmək üçün yerli özünüidarəvəpartiya həyatında daha fəal iştirakçılığına hökumət maraqlı olmalıdır – siyasi partiyalara vəvətəndaş cəmiyyətinəqarşı mövqeyini yumşaltmaqla, bələdiyyələri gücləndirməklə. Şahidi olduğum üçün deyirəm, bir neçəiləvvələqədər bütün rayonlarda partiyalarınəksəriyyətinin ofisləri vardı – fəallar toplanırdı, müzakirələr aparırdılar, çıxış yolları arayırdılar. Son illər partiayaırın nəinki yerli, hətta mərkəzi ofisləri əllərindən alındı – nəticə göz qabağındadı. Cəmiyyətimizdə son 10 ildə radikallaşmanın 1 nömrəli səbəbinin bundan qaynaqlandığını kimsə dartışmaz. Sadəcə böyük neft pulları dövründə bunun fəsadları hiss edilmirdi – böyük pullar yuxu effekti yaratmışdı. İndi yoxsulluğun yaratdığıkəskin ağırlar cəmiyyəti oyandıracaq və fəsadlar bütün gücüylə özünü büruzə verəcək.
Bu riskləri nəzərə alsaq,hökumət həm insanların problemlərin həllinə daha sivil yollarla töhfə verməsi, həm dəyerlərdəxərclərin daha şəffaf xərclənməsi üçün siyasi institutların fəaliyyətlərinə qoyulan məhdudiyyətlər aradan qaldırmalı,yerli hakimiyyət orqanlarının inzibati vəmaliyyəsəlahiyyətlərinin bələdiyyələrəötürülməsini təmin etməlidir. Problemi olan vətəndaş qayğııları əlindən evdən baş götürüb qaçanda özü də bilmədən özünü blədiyyələrin, sivil (dünyəvi) partiyaların vəQHT-lərin ofislərində tapmalıdır. Anlayıram, bu təzədən “0” nöqtəsinə qayıtmadır. Amma ziyanın harasından qayıtsaq, fayda var.

Bu gün hökumətin sabah gec olacaq addımları atmaq üçün resursları və zamanı hələ ki var…

Rövşən Ağayev

cumhuriyyet.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=47702

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930