Qubad İbadoğludan Samir Şərifova güllə kimi cavab

25.01.2016 - 01:53

“Yaranmış problemin səbəbini hökümətin naşı iqtisadi siyasətində və yarıtmaz idarəçiliyində axtarmaq lazımdır”

qubadibadoqlu1Tanınmış iqtisadçı ekspert Qubad İbadoğılu ANS telekanalında yayınlanan “Hesabat” proqramındakı çıxışında ad çəkməsə də hökumətin yarıtmaz iqtisadi siyasətini eninə – uzununa qamçılayan iqtisadçı ekspertləri məsxərəyə qoyan maliyyə naziri Samir Şərifovun atmacasına moderator.az – a açıqlamasında cavab verib: “Manatı bu vəziyyətə ekspertlər deyil, 10 ildən çoxdur ki, bir resursdan asılı xəstə iqtisadiyyat, şişirdilmiş investisiya layihələri, səmərəsiz dövlət aparatı və qeyri – məhsuldar xərcləmələr saldı. Nə qədər ki, milli iqtisadiyyat xarici faktorlardan asılı vəziyyətdə qalacaq, beynəlxalq əmtəə bazarındakı qiymət dəyişikliyindən şokda olacaq, bir o qədər də manat sabitləşməyəcək. Odur ki, yaranmış problemin səbəbini hökümətin naşı iqtisadi siyasətində və yarıtmaz idarəçiliyində axtarmaq lazımdır”

Xatırladaq ki, Samir Şərifov iqtisadçı ekspertləri manatla bağlı yersiz ajiotaj yaratmaqda, vəziyyəti dramatikləşdirməkdə və əhaliyə yanlış məlumat verməkdə ittiham etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=50711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728