Üç nazirin pul davası: Büdcəyə yenidən baxılması kimlərin «başını yeyəcək»?

26.01.2016 - 14:26

icrabakıAzərbaycan dövlət büdcəsinə yenidən baxılması hakimiyyət daxilində ziddiyyətləri daha da dərinləşdirib. Məlumat üçün deyək ki, maliyyə naziri Samir Şərifov büdcənin 2 milyard manat artırılacağını deyib. Həmçinin bəlli olub ki, neftin bir barelinin qiyməti 25 dollardan götürüləcək. Qeyd edək ki, bundan əvvəl neftin qiyməti 50 dollardan götürülmüşdü.
Bu halda neft pullarından büdcəyə 6 milyard vəsait daxil olacaqdı. 25 dollardan götürləcəyi təqdirdə isə təbii ki, vəsait əhəmiyyətli dərəcədə azaldılacaq. Bəs o zaman 2 milyard manat hansı mənbələrin hesabına büdcəyə əlavə ediləcək? Böyük ehtimalla bu halda əsas güc Vergilər Nazirliyinin, Dövlət Gömürk Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək. Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Zidiyyatlər də məhz bu səbəbdən baş qaldırıb. Yəni, istər bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=51342

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728