“İnsanlar banka olan kredit ödənişlərini edə bilməyəcək …” – Natiq Cəfərli
“İnsanlar banka olan kredit ödənişlərini edə bilməyəcək və dayandıracaq. Bu qədər insanı məhkəməyə vermək və hər hansı cəza tətbiq etmək mümkünsüzdür.”
Bu sözləri Qaynar.info-ya Azərbaycan Mərkəzi Bakının sədri Elman Rüstəmovun dollarla götürlmüş kreditlərlə bağlı fikrinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Natiq Cəfərlinin sözlərinə görə, bu kordinasiya olunmamış bir xəbər oldu: “Hətta Elman Rüstəmovun özü də dedi ki, dövlət tərəfindən belə bir imkanlar axtarılır. Sonradan geriyə addım atılması və belə bir açıqlama verməsi düşünülməmiş siyasətin davamının nəticəsidir. Yəni öncədən insanlarda ümid yaradıb və sonradan bunun imkansızlığı barədə açıqlama vermək doğru addım deyil.
Əgər söhbət maliyə intizamından gedirsə, bu günə qədər bankların yüksək faizlə kredit verməsinə niyə Mərkəzi Bank tətbiq etmirdi ? Nə üçün digər ölkələrə nisbətən əhali çox yüksək faizlə kredit götürmək məcburiyyətində qalırdı? Niyə Mərkəzi Bank əlində olan səlahiyətlərindən istifadə edib kredit faizlərinin fantastik dərəcədə yüksəlməsinin qarşısını alaraq maliyyə intizamı tətbiq etmirdi? Bu cür suallar çoxdu. Təbii ki indiki halda zərbə vətəndaşa dəyir. Həm yüksək faizlə kredit götürmək məcburiyyətində qalıb, həm də iki dəfə devalvasiya olub. Bu da dollarla krediti olanlarda böyük problemlər yaradıb. Əslində dövlət burda hər iki tərəfdən uduzmağa məhkumdu.”
Ekspert qeyd edib ki, kreditlərin qayıtmasında problem var və həcmi getdikcə artır: “İndiki zamanda gəlirlərin və iş yerlərinin azalması fonunda, insanlar hətta köhnə məzənnə ilə kreditlərin qaytara bilmir.
İnsanlar ödənişi etməkdə çətinlik çəkirlər. Burada söhbət yüz minlər vətəndaşdan gedir. Bu qədər insanı məhkəməyə vermək və hər hansı cəza tətbiq etmək mümkünsüzdür. Bu da öz növbəsində bankların vəziyyətini daha da ağırlaşdıracaq və bir çoxlarının müflis olmasına gətirib çıxaracaq.
Bütün bu hadisələr də öz növbəsində bank sistemində olan stressi artıracaq. Heç bir çözüm və dəstək göstərilmədən bu işin başdı başına buraxılması bankların bağlanmasına və maliyə sistemində ciddi təlatümə səbəb olacaq. Mərkəzi Bankın bu hadisələri praqnozlaşdıra və görə bilməməsi təəccüb doğurur.”
Qeyd edək ki, bu gün AMB sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlərin edilib-edilməyəcəyi məsələsinə münasibət bildirib. Elmar Rüstəmov bildirib ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=51441