Dövlət Gömrük Komitəsi bəzi rüsumların artırmaq istəyir

29.01.2016 - 12:52

gk“Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”.

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq. “Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur”, – deyə S. Mehdiyev bildirib.

O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=51819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728