Qızıl 3 ayın ən yüksək səviyyəsində
Qızıl qiymətləri, investorların “exchange traded” fondlarındakı (ETF) qızıl aktivlərini Noyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxarmasının ardından üç ayın ən yüksək səviyyəsinə çatıb.
Qızıl 0.2 faiz yüksələrək unsiyası 1130.50 dollar ilə 3 Noyabrdan bu yana ən yüksək səviyyəsini görməsinin ardında 1127.15 dollara gəlib.
Qızıl, “etibarlı liman” alışları və Fedin faizləri artırmaqdan qaçacağına dair gözləntilərin təsiri ilə, 2016-ci ildəki “rallisini” genişləndirir. Fedin sədr müavini Stenli Fişer, Bazar Ertəsi günü etdiyi açıqlamada, bazarlardakı qeyri-müəyyənliyin iqtisadiyyat üzərindəki təsirini müəyyənləşdirməyin çətin olduğunu və bu vəziyyətin faiz artırımını çətinləşdirdiyini söyləyib. ABŞ iqtisadiyyatı dördüncü rübdə daha yavaş sürətdə artıb.
Analitiklər bildirirlər ki, yaxın perspektivdə, qızıl qiymətləri yəqin ki, çox volatillikdən, faiz artırımının təxirə salınmasına və Çinə qarşı artan narahatlıqlara görə arta bilər.
Fedin faiz artırımına getdiyi Dekabr ayında, rəsmilər bu il dörd dəfə faiz artırımına gedilə biləcəyi proqnozunu vermişdilər. İnvestorlar isə indi, yalnız bir faiz artırımı nəzərdə tutur.
İnvestorlar Bazar Ertəsi günü etibarilə ETF-lərdəki qızıl aktivlərini 11-nci gün ardıcıl artırıblar. Aktivlər, Bloombergin topladığı məlumatlara görə, 12.76 ton artaraq 1529.1 ton ilə 3 Noyabrdan bu yana ən yüksək səviyyəsinə çıxıb.Gümüş 0.4% düşərkən, palladyum 0.6 faiz və platin 0.8 faiz geriləyib(marja).
Short URL: http://www.cumhuriyyet.net/?p=52593