Dünyanın ən böyük bankından şok proqnoz: Neft 20 dollardan da aşağı düşə bilər

09.02.2016 - 21:17

neft3Dünyanın iri investisiya banklarından biri olan Goldman Sachs, neft qiymətinin 20 dollardan da aşağı düşəcəyi haqda proqnoz verib. Bloomberg-in məlumatına görə, Goldman Sachs Group Inc ehtimal edir ki, təklif və tələb balansının tapılması üçün qiymətlər daha volatil (oynaq) hala gələcək və bunun nəticəsində də neftin barrelinin qiymətini 20 dollardan da aşağı düşəcəkdir.
Goldmanın əmtəə araşdırma direktoru Jeff Currie bildirib ki, neft hasilatı yüksək olaraq qalır və artıq naftbazalarda nefti saxlamaq üçün yer bitmək üzrədir. Hasilat isə dayanmır. Hasilatın dayanması üçün neftin daha da düşməsi lazımdır. Bu səbəbdən, neft 20 dollardan da aşağı düşəcək və nəticədə bir sıra istehsalçılar hasilatı dayandıracaqlar.
Qeyd edək ki, 20 Yanvar 2016-cı il tarixində Qərbi Texas nefti (WTI) 26 dollara yaxınlaşaraq 12 ilin ən aşağı səviyyəsinə düşmüşdü. Bu gün Qərbi Texas nefti 30 dollar ətrafında qiymətlər ilə alıcı tapır. (marja)

Short URL: http://www.cumhuriyyet.net/?p=52870

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728