Mərc oyunları Azərbaycana milyonlar qazandıracaq

10.02.2016 - 17:53

mercAzərbaycanda mərc oyunlarında əldə olunan uduşların vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə olaraq ildə 20-25 mln. manat gəlir gətirəcək.

Cümhuriyyət.az Report-a istinadən bildirir ki, bunu Bakıda keçirilən vergi forumunda çıxış edən Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinov deyib.

F.Şirinovun sözlərinə görə, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması həmin şəxslərin gəlirlərinin orta hesabla 4-9% artmasına şərait yaradacaq:

“Fiziki şəxslərin gəlirlərinin vergidən azad olan hissəsi 10 dəfə artırılaraq 250 manatdan 2 500 manata çatdırılıb. Bu isə onların gəlirlərinin 4-9%-ə qədər artması deməkdir”.

Şöbə müdiri əlavə edib ki, bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 mln. manat azalmasına səbəb olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=53119

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728