Valyutadəyişmə məntəqələrində dolların qiyməti kəskin yüksəldi

11.02.2016 - 18:08

valyuta4Bakı şəhərinin nağd valyuta bazarında bu gün saat 17:00-dan sonra ABŞ dollarının satış məzənnəsi 1,62 AZN/USD-yə yüksəlib, alış məzənnəsi isə 1,53 AZN/USD-yə kimi azaldılıb.

Günün ilk yarısında kommersiya bankları “exchange” əməliyyatlarını 1,5620-1,5700 AZN/USD məzənnəsi ilə aparıb.

Analitiklərin fikrincə, nağd dollar məzənnəsinin kəskin dəyişməsi Mərkəzi Bankın (AB) bugünkü valyuta hərracının nəticələri məlum olduqdan sonra baş verib. Belə ki, AMB dolların sabah üçün rəsmi məzənnəsini 0,55% artıraraq 1,5745 AZN/USD səviyyəsində müəyyənləşdirib.

“Beləliklə, son günlərdə müşahidə olunan manatın möhkəmlənməsi prosesi başa çatıb. Buna əsas səbəb isə dünya bazarında neftin qiymətinin son günlər ərzində 15%-dək enməsi olub. Bundan daha önəmlisi isə Rusiya Bankının (Mərkəzi Bank) rublun məzənnəsinə müdaxilə etməyəcəyi barədə açıqlaması olub ki, məhz bu açıqlamadan sonra Rusiyada dplların məzənnəsi 2,4% artaraq 80,6RUR/USD-yə çatıb. Artıq qısa müddət ərzində dolların 100 rubla qədər bahalaşması mümkündür ki, bu da manatın məzənnəsinə ciddi təsir edəcək”, – deyə analitiklər qeyd ediblər.

Qeyd edək ki, bu gün üçün rəsmi məzənnə 1,5659 AZN/USD səviyyəsində müəyyən edilib. Banklar 4%-lik marja limitini nəzərə almaqla nağd dolların minimal alış məzənnəsini 1,5032 AZN/USD, satış məzənnəsini isə 1,6285 AZN/USD həddində məyyən edə bilər. (“Report”)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=53283

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930