Bu banklar birləşməyə qərar verdi

16.02.2016 - 14:40

bank“Günay Bank” ASC “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ilə birləşmək niyyəti barədə protokol imzalayıb.

“Günay Bank”ın İdarə Heyətinin sədri Emin Ağayev Trend-ə bildirib ki, proses davam edir:

“Biz artıq protokollar imzalamışıq, onları müvafiq strukturlara təqdim etmişik. Bu olduqca çətin və uzun prosedir. Bildiyiniz kimi Mərkəzi Bank “Atrabank” və “Qafqaz İnkişaf Bankı”ın lisenziyalarını geri çağırıb, bu isə prosesi yubandırır”.

E.Ağayev qeyd edib ki, banklar birləşmək barədə razılığa gəlməsələr, “Günay Bank” konsolidasiya üçün alternativ variantları nəzərdən keçirəcək:

“Bildiyiniz kimi, daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik, indi isə “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ilı müzakirə edirik. Əgər alınmasa, digər banklarla razılaşacağıq. Bəyan etmək istəyirəm ki, “Günay Bank” birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728