Azərbaycanda avtomobil idxalı kəskin şəkildə azaldı

17.02.2016 - 15:34

masinBu ilin yanvar ayı ərzində Azərbaycana 437 ədəd avtomobil idxal olunub.

Cümhuriyyət.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə 3 653 avtomobil və 9,36 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 5 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 401 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 26 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xatırladaq ki, 2015-ci ilin yanvar ayında ölkəyə xaricdən 4 090 ədəd avtomobil vasitəsi gətirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728