İmişlidə pendir istehsalı zavodu tikiləcək

18.02.2016 - 11:23

pendirNiderlandın “Scherjon” şirkəti İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlayıb.

Fins.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Şeryon Hilko vergilər naziri Fazil Məmmədovla görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühitin mövcuddur, investorların hüquq və mənafeləri qorunur, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılıb. Buna görə də, “Scherjon” şirkəti Azərbaycana investisiya qoymağa maraq göstərir. “Scherjon Dairy Equipment Holland BV” şirkətinin təqdim etdiyi avadanlıqlarda “Gouda” və “Edam” növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihə gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=54316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728