Rəsmi: “Lukoil” benzinin qiymətini bahalaşdıracaq – RƏSMİ

18.02.2016 - 14:28

lukoil“Lukoyl” şirkəti Rusiyada aksiz vergisinin artımını nəzərə alaraq benzinin qiymətini bahalaşdıracaq. Bunu “Lukoyl” şirkətinin vitse-prezidenti Vladimir Nekrasov söyləyib. Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti 1 litr üçün azı 2 rubl artırılmalıdır: “Biz 15 milyon ton neft məhsulunu daxili bazarda satırıq. Aksiz vergisinin artımı ilə əlaqədar olaraq biz 1 yanvardan bu yana 30 milyard rubl itirdik. 1 apreldə aksizlərin artımı nəticəsində biz daha 30 milyard rubl itirəcəyik”.

Rusiya Energetika Nazirliyindən isə bildirilir ki, vergi yükünün artırılması yanacağın dəyərinə təsir etməyəcək. Baku.ws “Lukoil-Azərbaycan” şirkəti ilə əlaqə saxlayaraq benzinin bahalaşması qərarının Azərbaycan bazarına şamil olub olmayacağını öyrənməyə çalışıb. Şirkətdən bildirilib ki, “Lukoil”in bu qərarı yalnız Rusiya bazarına aiddir: “Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir”.

Sayt benzinin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərə münasibət öyrənmək üçün Tarif Şurası ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, yanacağın qiyməti ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: “Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=54378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728