“Unibank”ın rəhbərliyində dəyişiklik

20.02.2016 - 11:24

unibankFins.az xəbər verir ki, Müşahidə Şurasının üzvü Andreas Zayslerin yerinə Michael Neumayr təyin edilib. Michael Neumayr “Unibank”ın səhmdarlarından biri olan Almaniya İnvestisiya Şirkətinin (DEG) nümayəndəsidir.

“Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov, müavini isə Vaqif Qəriblidir.
Şüranın isə 6 üzvü var: Culian Hili, Michael Neumayr, Ernst Velteke, Elxan Qəribli, Samir Balayev və Emin Quliyev.

İDARƏ HEYƏTİNDƏ DƏ DƏYİŞİKLİK VAR

“Unibank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib. Bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.

Qeyd edək ki, hazırda Bankın İdarət Heyətinin tərkibi sədr Faiq Hüseynov və iki üzv – Asəf Hüseynov və Emin Rəsulzadədən ibarətdir. E.Rəsulzadə həm maliyyə direktoru, həm də baş maliyyə inzibatçısıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=54691

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728