“Bakcell” tarifləri qaldırır – Qərar
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti tariflərini yeniləyir.
Cümhuriyyət.az şirkətə istinadən verdiyi xəbərə görə, martın 4-dən etibarən SMS-lərin qiyməti “Doğma Cin” abunəçiləri üçün 0,04 manat, bütün digər “Cin” abunəçiləri üçün isə 0,05 manat təşkil edəcək. Qeyd edək ki, hazırda “Doğma Cin” tarif planına əsasən, ölkədaxili SMS-lər 0,03 manat, beynəlxalq SMS-lər 0,06 manatdır.
Həmçinin, həmin tarixdən etibarən şəbəkədaxili və ölkədaxili manat bonusları paketsiz internet istifadəsinə tətbiq olunmayacaq.
Martın 1-dən etibarən zəngin maksimal müddəti 120 dəqiqə təşkil edəcək. “Sevimli Cin” tarifində “Sevimli” nömrələrə edilən zənglərin tarifikasiya müddəti 60 saniyə olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=55072